Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:45

Şamaxıda qoyulan abidə narazılıq yaratdı


Abidə
«Azadlıq» qəzetinin 1 iyul tarixli sayı Şamaxı rayonundakı köşklərdən yığışdırılıb.

Bunu AzadlıqRadiosuna qəzetin məsul katibi Elşən Şirinov deyib:

«Şamaxıdan bir neçə oxucumuz bizə zəng edib ki, bütün köşkləri gəzsələr də, «Azadlıq» qəzetini tapa bilməyiblər».

E. Şirinov deyir ki, onlar qəzeti kimin və niyə yığdığı barədə məlumata malik deyillər. Amma ehtimal edirlər ki, bu, qəzetin 1 iyul sayında Şamaxı rayonundan bəhs edən bir yazı ilə bağlıdır:

«İcra başçısı şirvanlıları təhqir etdi» başlıqlı yazıda Şamaxı şəhərinin girəcəyində qoyulan abidəyə rayon sakinlərinin etiraz etməsindən söz açılır. Həmin abidədə eşşəyə qoşulmuş arabada əyləşən bir kəndli əks olunub.

Şamaxı rayon İcra Hakimiyyətinin rəsmisi Ağamustafa Vahidov «Azadlıq» qəzetinin köşklərdən yığışdırılmasından xəbərsiz olduqlarını deyir. O, abidənin qoyulmasında hər hansı problem görməyib:

«Həmyə kəndinə gedən yolda qoyulan abidə kəndlini, qədimliyi tərənnüm edir. Kim nə fikirləşir özü bilər. Amma bu məqsədsiz bir şeydir qoyulub».

Ağamustafa Vahidov abidənin mühafizə olunması barədə məlumatları da təkzib edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG