Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:03

BVF-nin sabiq sədri yenidən məhkəməyə çıxır


Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominique Strauss-Kahnın iyulun 1-də Nyu Yorkda məhkəməyə çıxarılacağı gözlənilir.

Məhkəmədə onun zaminliyə buraxılması şərti dəyişdirilə bilər. Bu barədə vəkil Benjamin Brafman deyib.

62 yaşlı Strauss-Kahn mayın 14-də Nyu-Yorkda həbs olunub və seksual zorakılığa cəhddə ittiham olunur. İttihamları qəti surətdə rədd edən Strauss-Kahn ötən aydan Beynəlxalq Valyuta Fondu rəhbəri vəzifəsindən istefa verib.

Daha sonra 1 milyon dollar nəğd və 5 milyon qiymətli kağız müqabilində zaminə buraxılıb, Manhattanda ev dustaqlığında saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG