Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:54

Fransanın Xarici İşlər naziri: «Azərbaycan və Ermənistana əlavə təkliflər veriləcək»


Alen Jüpe

Alen Jüpe

Dağlıq Qarabağ münaqişəsi tərəflərinə razılıq əldə etmək üçün əlavə təkliflər təqdim olunacaq.

Fransanın Xarici İşlər naziri Alen Jüpe (Alain Juppe) «Exo Moskvı» radiostansiyasına müsahibəsində belə açıqlama verib.

Jurnalistin «Qarabağ problemi həmişəlikdirmi, həlli yoxdurmu» sualına fransalı nazir belə cavab verib:

«Niyə ki? Əlbəttə, mən Rusiya prezidentinin bu məsələ ilə bağlı Soçidə, Kazanda göstərdiyi bütün səyləri alqışlayıram. Amma bunlar heç bir nəticə vermədi, bu, kədərlidir. Amma mənim bildiyimə görə, bu məsələdə hər hansı razılığa gəlmək üçün indi tərəflərə əlavə təkliflər irəli sürüləcək».

Hazırda Dağlıq Qarabağ danışıqları 2007-ci ilin noyabrında təklif olunmuş «Madrid prinsipləri» əsasında aparılır. 2009-cu ilin dekabrında «Madrid prinsipləri» yenilənib və rəsmi Bakı bu sənədi qəbul etdiyini açıqlayıb. / Media Forum /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG