Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:06

Pensiyalar 40% artırıldı


Artımların maliyyələşməsi üçün tələb olunan illik vəsait 390 mln. manat təşkil edir.

Artımların maliyyələşməsi üçün tələb olunan illik vəsait 390 mln. manat təşkil edir.

Azərbaycanda 2006-cı il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiyasının orta hesabla 40% artırılmasını nəzərdə tutan «Əmək pensiyaları haqqında» qanuna edilən dəyişikliklər iyulun 1-dən qüvvəyə minir.

Dəyişikliyə əsasən, bu kateqoriyadan olan insanların pensiyaları iş stajının hər ili üçün 1.94 manat müəyyən edilməklə hesablanacaq. Yəni, təkrar hesablama nəticəsində staj 1.94-ə vurulacaq və alınan rəqəmə 85 manat baza pensiyası əlavə olunacaq.

Bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaq. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiyaya çıxanların pensiyaları arasındakı fərq qapadılacaq.

Artımların maliyyələşməsi üçün tələb olunan illik vəsait 390 mln. manat təşkil edir. Bu dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçiləri istisna olmaqla, bütün kateqoriyalı pensiyaçılara şamil olunur.

Azərbaycanda 2006-cı ilədək pensiyaya çıxanların sayı 845 min nəfərdir. Bunun 675 min nəfəri hazırda 85 manat minimal pensiya alır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG