Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:27

NATO baş katibinin xüsusi nümayəndəsi gələn həftə Bakıya gəlir


NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-6-da Bakıya səfər edəcək.

Bu barədə Trend-ə Alyansın mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətin məlumatına görə, Bakıda Appaturay Azərbaycan Xarici işlər nazirliyi və Fövqəladə hallar nazirliyinin nümayəndələri ilə eləcə də "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" (İPAP) proqramının həyata keçirilməsində iştirak edən digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirəcək.

Bu səfər Appaturayın NATO-nun xüsusi nümayəndəsi vəzifəsində ilk səfəri olacaq.

Şimali Atlantika Alyansının keçmiş rəsmi nümayəndəsi Appaturay xüsusi nümayəndə vəzifəsinə ötən ilin noyabrında təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG