Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:57

Əfqanıstanda sərnişin avtobusu partlayıb, 18 nəfər ölüb


Əfqanıstanda sərnişin avtobusu minaya düşərək partlayıb, azı 18 nəfər ölüb. Hadisə bu səhər Nimroz əyalətində baş verib. Daha 30 nəfərin xəsarət aldığı bildirilir. Onların arasında qadın və uşaqlar da var. 18 nəfərin vəziyyəti ağırdır.

Yerli polis rəsmisi terrora görə talibanı günahlandırıb. Buna baxmayaraq Taliban hələlik partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG