Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:26

İran parlamentinin sədri Əli laricani Azərbaycana gəlib


İran parlamentinin sədri Əli Laricaninin Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, o iyulun 1-də Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, sonra isə Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər ölkə rəsmilərilə görüşəcək.

Əli Laricani səfər zamanı İçəri şəhərdəki tarixi abidələrlə də tanış olacaq.
İyulun 2-də isə o Bakıya səfərinin yekunlarıyla bağlı mətbuat konfransı keçirəcək, sonra isə Gəncəyə yollanacaq.

O Gəncədə Azərbaycan Səfəvilər dövlətinin başçılarından olan Şah Abbas məsçidi və böyük Azərbaycan şairi Nizami Gəncəvinin məzarını ziyarət edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG