Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

Azərbaycanın Qarabağ futbol klubu Avropa liqasının seçmə oyunları çərçivəsində səfərdə Litvanın Banga klubunu 4:0 hesabı ilə məğlub edib.

Topları Rəşad Sadiqov, Bəxtitar Sultanov , 2-ni isə Vüqar Nadirov vurublar.

Bu Qarabağın Avropa liqası çərçivəsində keçirdiyi ilk oyundu.

***

69-cu dəqiqədə Azalın hücumçusu boş qapıya 2-ci qolu ata bilmədi.

***

62-ci dəqiqədə Azal 2 dəfə qapıçı ilə üz-üzə qalsa da rəqib komandanın oyunçuları qola mane oldular.

***

Ikinci hissənin ilk 10 dəqiqəsi birinci hissədə olduğu kimi yenə Azalın üstünlüyü ilə başladı. Bu dəqiqələrdə Azal topu ayaqda saxlamaqla rəqib komandanı yormağa çalışır.

Ara-sıra Minsk komandası hücuma keçsə də bu hücmlar təhlükəli olmur.

Azalın azarkeşləri “Qarabağ” şüarları səsləndirirlər.

***
Bir 100 faizlik qolu da Minsk qaçırdı. Qapıçı ilə üz-üzə qalan hücmçunun vurduğu topu Azalın qapıçısı küncə göndərdi.

Oyunun 37-ci dəqiqəsində Azal 100 faizlik qolu qaçırdı. Sağ cinahdan asmada Azalın 17 nömrəli oyunçusu Viktor İqbekol başı ilə topu boş qapıya göndərə bilmədi.

30- cu dəqiqədə Minsk komandası təhlükəli cərimə zərbəsi vurdu. Zərbə vuruşu qapıçıya və dirəyə dəyərək çölə çıxdı.

Oyunun 28-ci dəqiqəsində Azalın 17 nömrəli oyunçusu Minsk komandasının qapıçısı ilə təkbətəkdən qapıçını aldadaraq qolu vursa da hakim onu hesaba almadı. Oyundan kənar vəziyyət. Bu qərar azarkeşləri etirazına səbəb oldu və hakim fitə basıldı.

***

Minsk komandasının azarkeşlərinin sayı 7 nəfərdir. Bu azarkeşlər soyunaraq mahnı oxuyur, komandalarını qələbəyə səsləyirlər.

Oyunun 15-ci dəqiqəsi, hesab 1-1-dir. Oyun qarşılıqlı təhlükəli hücumlarla keçir. Azal komandasının azarkeşləri bu dəqiqələrdə komandalarını qola səsləyirlər.


13-cü dəqiqədə Azal sol küncdən vurduğu zərbə ilə qolu atdı. Bu Şüvəlanda atılan Azalın ilk UEFA qolu idi.

***
Oyunun ilk 10-cu dəqiqəsinin tamamında Minsk komandasının sol cinahdan keçdiyi hücumla 2 nömrəli oyuncu İqor Voronkov hesabı acdı: 0-1.

Stadionda Minsk komandasının azarkeşləri barmaqla sayılacaq qədərdir.

Stadion kiçikdir. 3 min adam tutur. Boş boş yer yoxdur.

Oyun Şüvəlan qəsəbə stadionunda saat 18:00 da başladı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG