Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

İrandan olan bir qrup azərbaycanlı mühacir prezidentə müraciət edib


İyunun 30-da statusları ilə əlaqədar keçirdikləri tədbirdə mühacirlər rəsmi Bakının onlara münasibətindən narazılıq ediblər.

Mühacirlərin təmsilçilərindən Babək Muğanlı deyib ki, Azərbaycanda uzun müddət yaşamalarına baxmayaraq, nə siyasi mühacir statusu, nə vətəndaşlıq, nə də üçüncü bir ölkəyə getmək üçün razılıq ala bilirlər.

Mühacirlər bu problemin həlli üçün prezident İlham Əliyevə və iyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının nümayəndələrinə müraciət ediblər.

Dövlət Miqrasiya Xidmətinin onlara verdiyi sənədə toxunan mühacirlər deyiblər ki, həmin sənəd üç aydan bir dəyişdirilməlidir. Amma bu sənəd polis bölməsində belə keçərli deyil, bu səbəbdən şəxsiyyətləri əlavə araşdırmalara məruz qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG