Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:54

Suriya ordusu Türkiyəyə qaçqın axınının qarşısını almağa çalşır


Son 2 gündə Suriya ordusunun Türkiyə sərhəddi yaxınlığındakı dağlıq ərazilərdə apardığı əməliyyatlar zamanı azı 11 adam ölüb.

Bu barədə Assotiated Press agentliyi yerli hüquq müdafiəçisi Mustafa Ossoya istinadla xəbər verir.

O bildirib ki, səbəb Türkiyəyə qaçqın axınının qarşısını almaqdır.

Son vaxtlar Suriyadan qonşu Türkiyəyə 12 minədək qaçqın keçib.

Martın ortalarından bu yana ölkədə mövcud rejimə qarçı kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 1400-dən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG