Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:27

NATO Liviya üsyançılarına silah verilməsindən xəbərsizdir


NATO Fransanın Liviya üsyançılarını silahla təmin etməsində iştirak etməyib.

Bunu təşkilatın baş katibi Andres Fogh Rasmussen Vyanada jurnalistlərə açıqlamasında deyib.

Rasmussen ümumiyyətlə hansısa ölkənin Liviya üsyançılarını silahla təmin etməsi barədə onda məlumat olmadığını deyib.

Fransa çərşənbə günü ilk dəfə olaraq
havadan Liviya üsyançılarına silah və sursat atdığını bildirib.

Üsyançıların yaratdığı ötəri milli şuranın rəhbəri Mahmoud Jibril isə Vyanaya səfəri zamanı bildirib ki, Muammar Qaddafi üzərində qələbə çalmaq üçün Liviya üsyançılarının silaha böyük ehtiyacı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG