Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

2.5 minə yaxın abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək


Azərbaycanın orta məktəblərini bu il bitirən 2422 nəfər məzun ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak edə bilməyəcək.

Bunu «Trend»ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Həmin məzunlar qəbul imtahanlarında iştirak etmək üçün sənəd versələr də, attestat ala bilmədikləri üçün imtahanlara buraxılmayacaqlar.

Həmin məzunların 622 nəfəri III ixtisas qrupuna sənəd verənlərdir. Bu ixtisas qrupu üzrə imtahan iyulun 3-də keçiriləcək.

Bu il ali məktəblərə sənəd verən 110 423 nəfər abituriyentin 63 110 mini orta məktəblərin builki məzunlarıdır.

Qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 3-də, I qrup üzrə iyulun 10-da, IV qrup üzrə iyulun 16-da, II qrup üzrə iyulun 22-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG