Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:31

Mahmud Abbasın Bakı səfəri, Azərbaycanda ev alan xaricilər və...


Mətbuat icmalı

Mətbuat icmalı

«Yeni Müsavat» qəzeti «MAHMUD ABBASIN BAKI SƏFƏRİNİN GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ»ndən yazır. Bundan sonra Azərbaycanın İsraillə münasibətlərinin gərginləşəcəyini, ortaya yeni diplomatik cəhdlərin çıxacağını düşünənlər də var. Amma qəzet Azərbaycanla İsrailin münasibətlərinin pozulması ehtimalının az olduğunu yazır:

«Çünki İsrail rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın müsəlman ölkəsi olduğunu anlayırlar. Necə ki, ərəb liderləri Azərbaycanın İsraillə əməkdaşlığına bu şəkildə reaksiya verirdilər».

Amma qəzetlərdə Mahmud Abbasın Bakı səfərinə fərqli yanaşmalar da var.

«Bizim yol» qəzetindəki «AZƏRBAYCAN BEYNƏLXALQ PRİNSİPLƏRƏ HÖRMƏT ETMƏLİDİR» sərlövhəli yazıda yəhudi əsilli deputat Yevda Abramovun fikirləri yer alıb.

Deputat Bakının Fələstin dövlətinin yaradılmasına dəstəyini doğru saymır:

«Ola bilsin ki, Mahmud Abbasın səfərindən sonra Azərbaycanla İsrail arasında inciklik olsun», - deyə o, bildirib.

«Azadlıq» qəzeti yazır ki, «GÜNƏŞLİNİ «İLHAM İSTEFA» ŞÜARLARI BÜRÜDÜ».

İyunun 28-də bir qrup naməlum şəxs Yeni və Köhnə Günəşlidə küçələrin divarlarına «İlham istefa» şüarları yazıblar. Şüarları yazanların qəzetə deyiblər ki, onlar bu aksiyalarına davam etdirəcəklər. Onlar Günəşlinin 20-dən çox küçəsinə «İlham istefa» şüarları yazdıqlarının bildiriblər.

«Exo» qəzeti ölkəyə YÜKSƏK QİYMƏTƏ AZ GÜCÜ OLAN TEXNİKA gətirilməsindən yazır. Məqalədə deyilir ki, iki il ərzində «Aqrolizinq» əkin üçün 110-130 at gücündə olan texnika gətirib. Halbuki qabaqcıl ölkələrdə əkin və emal üçün minimum 300 at gücündə olan texnikadan istifadə edilir:

«2009-cu ildə Azərbaycana 759 ədəd, 16 milyon 696 min dollarlıq təkərli traktor gətirilib. Traktorların biri orta hesabla ölkəyə 21.9 min dollara gəlib çıxıb».

«AZƏRBAYCAN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI MÜKƏMMƏL STRATEGİYA HƏYATA KEÇİRİR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycanda istehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici dövlətlərin ərzaq təminatında mühüm rol oynayır:

«Aqrar sahədə hər il artım dinamikası müşahidə edilib və son 5 ildə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və qida məhsulları yerli tələbatı tam ödəməyə imkan verir».

«Azərbaycan» qəzeti yazır ki, «AZƏRBAYCANDA ƏMLAKA SAHİB OLMAQ İSTƏYƏN XARİCİLƏR BÖLGƏLƏRƏ DƏ ÜZ TUTUBLAR».

Məqalədə bildirilir ki, ötən il xaricilər Azərbaycanda 833 mənzil və 183 fərdi ev alıblar:

«Bura İngiltərə, Pakistan, Türkiyə, İspaniya, BƏƏ, Almaniya, Yaponiya və Koreyadan gələnlər aiddir».

Əcnəbilər ən çox Bakıda əmlak almağa maraq göstərirlər. Qəzet Gəncə, Xaçmaz, Cəlilabad, Yevlaxa da marağın böyük olduğunu yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG