Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Metronun Dərnəgül stansiyası istifadəyə verildi


yunun 29-da Bakıda yeni metro stansiyası istifadəyə verilib. Açılış mərasimində İlham Əliyev də iştirak edib. «Dərnəgül» stansiyası sayca 23-cü stansiyadır.

APA-nın məlumatına görə, Bakı Metropoliteni rəisinin müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəhbəri Arif Rəsulov bildirib ki, istismara verilən buraxılış kompleksinin ümumi uzunluğu 1 548 poqonometr, stansiya kompleksinin ümumi uzunluğu isə 302 poqonometr təşkil edir.

«Yeni stansiyanın bədii-memarlıq tərtibatı digər stansiyalardan fərqlənir. Belə ki, stansiyada platforma döşəməsinin və yol divarlarının ornamentlərinin həllində Azərbaycanın milli memarlıq irsi əsas götürülüb, «Buta» ornamenti ilə döşəmə və divarların mərmər və qranitlə üzlənməsi zamanı tam kaloritin alınması üçün müxtəlif rəng və çalarlardan istifadə olunub. Stansiyada üzlənmə işləri yerinə yetirilən zaman Ukrayna, Türkiyə və Hindistan yataqlarından ümumilikdə 5 min kv. metrə yaxıq təbii mərmər və qranitdən istifadə olunub».

«Dərnəgül» stansiyasına daxil olmaq üçün 2 yeraltı və 4 giriş-çıxış mövcuddur.

«Yeni stansiya «Azadlıq prospekti» stansiyasının davamı olaraq Binəqədi rayonu S.S.Axundov küçəsində inşa edilib və 7-ci mikrorayon yaşayış massivini əhatə edir.
XS
SM
MD
LG