Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:34

Milli Bankın sədri ABŞ-a qaçıb hökuməti fırıldaqda ititham edir


Abdul Qadir Fitrat
Abdul Qadir Fitrat

Əfqanıstan Mərkəzi Bankının sədri ötən bazar ertəsi ölkədən qaçıb, ABŞ-a sığınıb. ABŞ-da istefa verdiyi açıqlayan Abdul Qadir Fitrat iddia eləyir ki, ölkənin ən iri özəl bankında baş verənləri araşdırmağa başlayandan həyatına ciddi təhlükə yaranıb.

Vaşinqton yaxınlığında qaldığı otel otağında AzadlıqRadiosuna danışan Fitrat deyir ki, Əfqanıstan hökuməti onun Kabulbank ilə bağlı araşdırma aparmasına imkan vermir.

Kabulbankdakı fırıldaqlar barədə ilk dəfə ABŞ mənbələri məlumat verirdilər. ABŞ rəsmiləri Kabulbankı sənədsiz, təminatsız olaraq nə az-nə çox düz 850 milyon dollar kredit ayırmaqda itiham eləyir. Özü də kreditləri alanlar nazirlər, prezidetn Hamid Karzainin böyük qardaşı və Əfqanıstanın başqa nüfuzlu şəxsləridir.

Mərkəzi Bankın keçmiş sədri deyir ki, ona Kabulbankın rəhbərliyiylə bağlı heç bir tədbir görməyə imkan vermirlər. Əksinə, günahı Mərkəzi Bankın üstünə yıxmağa çalışırlar. "Onların kreditləri alanlar, 10 milyonlarla dolları saxta adlarla, heç bir sənədləşmə aparılmadan mənimsəyənlərlə bağlı heç bir ölçü götürmək fikri yoxdur. Belələri cəzasız qalacaq. Onlar ancaq məmin kimi – şəffaf icra istəyənləri cəzalandırmaq istəyəcklər".

Mərkəzi Bankın keçmiş direktorunun açıqlamaları Kabulda hiddətlə qarşılanıb. Prezident Hamid Karzai-nin sözçüsü Waheed Omar hökumətin heç bir qanunsuzluğa yol vermədiyini deyir. Əksinə, Fitratın özünün Kabulbank qalmqalında günahkar olduğunu iddia edir. Prezidentin sözçüsü Reuters agentliyinə deyib ki, “Fitratın elədiyi istefa vermək deyil, Əfqan xalqına xəyanət və məsuliyyətsizlikdir”.

Baş Prokurorun müavini Rahmatullah Nazari isə iyunun 29-da keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın keçmiş sədrinin özünə qarşı ittiham irəli sürdüklərini bildirib:

“Onun həyatına heç bir birbaşa təhlükə olmayıb. Kimsə cinayət törədib ölkədən qaçanda başqa ölkədə sığınacaq almaq üçün bu cür ittihamlar uydurur. Onun həbsi üçün order və Əfqanıstana qaytarıb istintaqa cəlb eləmək üçün lazımolan digər sənədlər artıq Kabuldakı ABŞ səfirliynə və İnterpola təqdim olunub”.

Kabulbankla bağlı qalmaqal və Mərkəzi Bakın sədrinin ölkədən qaçması Əfqanıstana daha baha başa gələ bilər. Çünki bu qalmaqal yaranandan Beynəlxalq Valyuta Fondu Əfqanıstana milyardlarla dollar yardım ayrılmasıyla bağlı danışıqları dondurub. Fond çoxdandır ki, Əfqanıstandan bu cür böhranları önləmək üçün bank sektorunda ciddi islahatlar aparmağı tələb edirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG