Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16
İyunun 30-da Avro liqanın birinci təsnifat mərhələsində Azərbaycanın futbol klublarından «AZAL» Belarusun «Minsk» klubunu qəbul edəcək. Ağdamın «Qarabağ» klubu isə səfərdə Litvanın «Banqa» klubunun qonağı olacaq.

«AZAL» 2009-2010-cu il mövsümündən «Olimpik-Şüvəlan» adından imtina etsə də UEFA onu hələ də «Olimpik-Şüvəlan» kimi tanıyır. Klub rəqibini Şüvəlandakı yeni stadionda qarşılayacaq.

«Olimpik-Şüvəlan»-ın rəqibi - Belarusun «Minsk» klubu Avroliqada ilk dəfə çıxış edəcək. Bu klubun baş məşqçisi Vitali Tarakanov mətbuata komandasının şansını əlli-əlliyə dəyərləndirib. Tanımadığı rəqiblə səfərdə qarşılaşmağı isə komandası üçün üstünlük sayıb.

«BİRİNCİ MƏRHƏLƏNİ MÜTLƏQ KEÇMƏLİYİK»

«Olimpik-Şüvəlan»-ın baş məşqçisi Nazim Süleymanov isə oyun qabağı AzadlıqRadiosuna bildirib ki, «Minsk»in bir neçə oyununu izləyib. Öz futbolçularına isə inanır:

«Vitali Tarakanov birinci oyununu səfərdə oynayır. Əllinin- əlliyə onun üçün sərf eləyən faizidir. Faizləri söz olaraq deyirik, ancaq bunu mütləq meydanda göstərmək lazımdır. Çalışacağıq ki, müsbət nəticə olsun. Böyük hesabla olmasa da cütlüyün taleyini 60-70 faiz Bakıda həll etsək daha yaxşı olar».

Şərhçi Mahir Rüstəmli

2008-2009-ci illər Avrokuboklar mövsümündə «Olimpik-Şüvəlan» birinci təsnifat mərhələsini keçə bilməmişdi. Nazim Süleymanov bu dəfə birinci mərhələni keçəcəklərinə ümidlidir:

«Çalışacağıq ki, bu ənənəni pozaq. Birinci mərhələni mütləq keçməliyik. Ən azı birinci mərhələni keçməliyik. Digər mərhələlərə gəldikdə nə qədər irəli getsək, klub və Azərbaycan futboluna daha yaxşı olar».

Futbol şərhçisi Mahir Rüstəmli isə bir qədər ehtiyatla danışır:

«Azərbaycanda mövsüm başa çatandan sonra «Olimpik-Şüvəlan»ın heyəti çox ciddi dəyişikliklərə məruz qalıb. Bir çox aparıcı oyunçular komandadan ayrılıb. İkinci məni ehtiyatla danışmağa məcbur edən səbəb odur ki, «Olimpik-Şüvəlan» mövsüm başa çatandan sonra bu hazırlıq dövründə heç bir ciddi rəqiblə yoldaşlıq oyunu keçirmədiyi halda Belarusda çempionat davam edir».

««QARABAĞ» KEÇƏN İLKİ NƏTİCƏNİ TƏKRARLAYACAQ»

Son iki mövsümdə Avroliqada uğurla çıxış edən, play-off mərhələsinə qədər irəliləyən, bunun hesabına klub reytinqini yüksəldən Ağdamın «Qarabağ» klubu isə iyunun 30-da səfərdə Litvanın «Banqa» klubu ilə qarşılaşacaq.

Futbol mütəxəssisləri «Qarabağ»ın ilkin mərhələləri asanlıqla keçəcəyini düşünür. Ancaq «Qarabağ» «Banqa»nı zəif rəqib hesab etmir. Elə buna görədir ki, iyunun 27-dən «Qarabağ» Litvadadır. Bu klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov:

Kamran Ağayev
«Bilirik ki, azarkeşlər bizdən ən azı ötən ilki nəticəni gözləyir. Rəqiblər də bizə daha güclü komanda kimi baxır. Ona görə də bizim üçün ikiqat çətin olacaq. Ancaq biz çalışacağıq ki, ötən ilki nəticəni təkrarlayaq».

ƏN ÇƏTİN RƏQİB - «MAKKABİ»

UEFA çempionatının ikinci təsnifat mərhələsində Təl Əvivin «Makkabi» klubu ilə qarşılaşacaq Lənkəranın «Xəzər» klubunun isə işinin elə də asan olmayacağı fikirləri çoxluq təşkil edir. Elə Mahir Rüstəmli də deyir ki, həm İsrail futbolu Azərbaycan futbolundan güclüdür, həm də «Xəzər»in heyətində dəyişikliklər var. Ona görə də iyulu 14-də lənkəranlıları səfərdə çətin oyun gözləyir.

«Xəzər» isə özünü rəqib qarşısında zəif saymır. Bu klubun qapıçısı Kamran Ağayev deyir ki, hazırda Vyanada təlim-məşq toplantısındadırlar, Təl-Əvivə də qələbə üçün gedəcəklər:

«Fərqi yoxdur, rəqib güclüdür, yoxsa zəif. Zəifi də udsan yenə gəlib güclü ilə qarşılaşacaqsan. Çalışacağıq yaxşı oyun göstərək. Avroliqada zəif rəqib olmur. «Makkabi» güclüdürsə, bu o demək deyil ki, əl-qolumuzu aşağı salmalıyıq, xeyr. Sona qədər mübarizə aparacağıq».

Şərhləri göstər

XS
SM
MD
LG