Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

Timoşenko hakimə: “siz oyuncaqsınız”


Timoşenko məhkəmədən qabaq onu müdafiə etməyə gələnlərə minnətdarlığını hətta belə bildirib
Timoşenko məhkəmədən qabaq onu müdafiə etməyə gələnlərə minnətdarlığını hətta belə bildirib

Yuliya Timoşenko öz məhkəməsində hakimi oyuncaq adlandırıb və hakim zala girəndə ayağa qalxmaq istəməyib.

“Siz məhkəmə deyilsiniz. Siz məzhəkəsiniz. Siz mənim bütün tələblərimi, qanunu, konstitusiyanı, mənim haqlarımı qulaq ardına vuraraq şənbə günü verdiyiniz qərarla məhkəmə qurursunuz. Siz məhkəmə deyilsiniz. Mən sizin qarşınızda durmaq istəmirəm”.

Bunu Ukraynanın keçmiş baş naziri Timoşenko deyir.

Eks-baş nazir 2009-cu ildə Rusiya ilə qaz razılaşmasında öz səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır və Kiyevdə onun məhkəməsidir.

“PREZİDENT APARATININ ŞÖBƏSİ”

Timoşenko deyir ki, ona qarşı məhkəmə siyasi motivlidir. Bu məhkəməyə göstərişi, onun sözlərinə görə, köhnə rəqibi, indiki prezident Yanukoviç verib.

Timoşenko deyir: “Bu məhkəmə deyil, prezident aparatının bir şöbəsidir. Siz siyasi əmri yerinə yetirirsiniz”.

Hakim Timoşenkoya birbaşa müraciət edəndə Timoşenko cavab vermək istəməyib.
Timoşenkonun sərt bəyanatları və özünü belə aparmasını görən hakim Rodion Kiriyev hətta bəzən özünü itirmiş kimi görünürdü.

ANDLILAR MƏHKƏMƏSİ

Timoşenkonun istinad etdiyi şənbə qərarında məhkəmənin andlılar məhkəməsinə verilməsi rədd olundu.

Bunun da ayrıca izahı var. Azadlıq Radiosunun Ukrayna xidmətindən aldığımız məlumata görə, Ukarynada andlılar məhkəməsi yoxdur.

ABŞ-da olduğu kimi münsiflər heyəti qərar vermir ki, ittiham olunan şəxsi günahkar sayırlar yoxsa yox.

Problem ondadır ki, Ukrayna konstitusiyasında andlılar məhkəməsi haqda maddə var, ancaq bu məhkəmənin yaradılması və işi haqda bir dənə də olsun, qanun yoxdur.

Timoşenkonun bəyanatlarından sonra hakim məhkəməni iyulun 4-nə kimi təxirə salıb.
O deyib ki, ittiham materialları ilə tanış olmağa müdafiəyə daha çox vaxt lazımdır.
Vəkillər 3 gün möhlət istəyirdilər.

Məhkəmənin binası qarşısında isə Timoşenkonun partiyasından olan 200 nəfərə yaxın etirazçı piket keçirir.
Onlar həmçinin bina qarşısında şadırlar qurublar.

190 MİLYON

İyunun 28-də prezident Viktor Yanukoviç televiziyaya müsahibəsində dedi ki, Timoşenko məhkəmədə xalis siyasi müdafiə yolunu seçib. Prezident deyib ki, o, prosesin aşkar və açıq keçirilməsini istəyir.

Timoşenko iki il əvvəlki qaz sazişlərini Ukraynanın ziyanına bağlamaqda və Ukraynanın dövlət büdcəsinə 190 milyon dollar ziyan vurmaqda ittiham olunur.

Timoşenko günahkar bilinsə, ona 10 il həbs cəzası verilə bilər.

O bu gün deyib ki, tezliklə həbsxanaya salınacağından qorxur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG