Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:41

Vaqif Bayatlı Odər. Bir də min il sonra dirilsəm


Ölsəm, bir də min sonra dirilsəm,
Bu dünyada hər şeyin sonunu bilsəm?!
Bir çölün düzündə
Qarağat koluyla qalsam baş-başa
O kol da
Kolluğundan çıxıb dönsə qardaşa,
Nə sorsam, nə desəm, cavab yerinə
Tikanlı üzünü sürtsə üzümə.

Uzanıb qollarım, bitib qollarım
Dönsə bir qayığın avarlarına

Sular qollarımı yuduqca yusa,
Yosun-yosun saçlar axdıqca axsa
Bir cüt mələk kimi, bir cüt ay kimi
Bir qızla bir oğlan buluddan çıxsa...

Ölsəm, ölsəm,
bir də min il sonra dirilsəm,
bu dünyada hər şeyin sonunu bilsəm!..

Günün bütün mövzuları

XS
SM
MD
LG