Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35
Həbsdəki «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirliyə həbsxana rəhbərliyi tərəfindən təzyiq edildiyi deyilir.

Atası Cəlil Bəşirli AzadlıqRadiosuna deyib ki, oğlu cəzasının 3/4 hissəsini çəkdiyindən məhkəməyə müraciət etməyə hazırlaşır. Lakin bir müddətdir həbsxanada təzyiqlə üzləşib:

«Rəis son bir-iki ayda ona qarşı pis münasibətdədir və istər-istəməz ona qarşı təxribatlar törədir. Hətta biz özümüz onun yanına getməyə qorxuruq ki, yaxınlarına da qarşı təxribat törənər. Məsələn, apardığımız ərzağın içinə, üstümüzə bir şey tullayarlar. Bununla əlaqədar ona tez-tez rəis, onun öyrətdiyi adamlar tərəfindən psixoloji təzyiqlər var. Rəis deyir ki, məhkəməyə verməyin, versəniz, müsbət xasiyyətnamə verməyəcəm».

C. Bəşirli bildirib ki, təzyiqlərə baxmayaraq, onlar yerli məhkəməyə müraciət etməyə iddialıdırlar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə bu ittihamı «tamamilə məntiqsiz» adlandırıb:

«Bu vaxta qədər Ruslan Bəşirlinin özü, vəkilləri, yaxud qohumları ona təzyiq olunduğunu deməyiblər. Bu, məntiqsizdir axı, neçə ildir o cəza çəkir, indi təzədən ona təzyiqlər başlayıb? Cəza müddətinin bir hissəsini çəkdikdən sonra məhkəməyə müraciət etmək onun hüququdur. O, ərizə ilə ərazi məhkəməsinə müraciət edə bilər. Məhkəmənin artıq hüququdur ki, onu vaxtından əvvəl şərti azad etsin, yaxud məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirsin. Bu, ümumi qəbul edilmiş normadır, burada heç bir problem yoxdur».

«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə 2005-ci ildən həbsdə yatır. 7 il azadlıqdan məhrum edilib. Hazırda 1 saylı cəzaçəkmə yerində saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG