Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:34

Fələstinin Azərbaycandakı səfirliyinin açılışı olub


Mahmud Abbas və İlham Əliyev
Mahmud Abbas və İlham Əliyev
Fələstinin prezidenti Mahmud Abbasın Azərbaycana səfəri davam edir.

İyunun 29-da o, Şəhidlər və Fəxri Xiyabanı ziyarət edib, Heydər Əliyev fondunda olub.

Daha sonra Mahmud Abbas Fələstinin Azərbaycandakı səfirliyinin açılışında iştirak edib.

Dünən prezident İlham Əliyevlə görüşən M. Abbas siyasi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin vəziyyətini müzakirə ediblər.

Görüşdən sonra birgə mətbuat konfransında danışan İlham Əliyev bildirib ki, Fələstin prezidentinin Azərbaycana səfəri tarixi xarakter daşıyır:

«Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaq. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG