Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:39

Bu dəfə Günəş tutulması olacaq


İyulun 1-də yerli vaxtla saat 13:38-də Günəş tutulması baş verəcək. Bunu çərşənbə günü Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, Günəşdə qismən tutulma baş verəcək.

"Bu, ən maraqsız Günəş tutulmalarından biri olacaq. Çünki proses Antarktidanın yanında, yəni Afrikanın cənub hissəsində olacaq. Bu Günəş tutulması həm elmi baxımdan maraqsızdır, həm də müşahidə etmək üçün əlverişsiz yerə düşür.
Heç kəs onu müşahidə edə bilməyəcək", - Babayev deyib.

Astronom qeyd edib ki, cari ildə 4 Günəş tutulması baş verəcəyi gözlənilir. Bu, ilin 3-cü Günəş tutulmasıdır. Növbəti Günəş tutulması noyabrın 25-də olacaq.
Bundan bir müddət öndə isə Ay tutulması olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG