Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:05

İslam Partiyası mitinq keçirmək üçün meriyaya müraciət edib


Rəsmi qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov Bakı şəhərində mitinq keçirmək üçün paytaxt meriyasına müraciət edib.

O, iyulun 5-də metronun «Ulduz» stansiyası yaxınlığında, yaxud «Təbriz» kinoteatrının qarşısında aksiya keçirilməsinə icazə istəyib.

Elçin Manafov artıq üçüncü dəfədir meriyaya müraciət etdiyini deyib:

«Birinci dəfə partiya adından müraciət etmişdik və bizə cavabları belə oldu ki, Azərbaycan İslam Partiyası rəsmi qeydiyyata alınmayan qurum olduğuna görə icazə verilə bilməz. İkinci dəfə öz adımdan müraciət etdim. Müraciətdə 10 min nəfərin iştirak edəcəyini bildirmişdik. Bizə cavabları belə oldu ki, şəxsi müraciət üçün bu qədər rəqəm çoxdur. Üçüncü müraciətimiz də şəxsidir və bu dəfə 2 min nəfərin aksiyada iştirak edəcəyini bildirmişik».

Partiya sədri qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin cavabında Bibiheybətdəki stadionu mitinq keçirmək üçün müvafiq bilərsə, orada aksiya keçirməyə razıdırlar:

«Əsas odur ki, biz öz sözümüzü deyək və bu mitinq icazəli olsun ki, kimsə ziyan çəkməsin». /Media Forum/
XS
SM
MD
LG