Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:03

Prezident yoxsulluğun azaldılması haqqında plan təsdiqləyib


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planını təsdiqləyib.

AzərTAC-ın məlumatına görə, Tədbirlər Planınında ölkə iqtisadiyyatının bütün sahələri - maliyyə bazarları, büdcə-vergi və investisiya siyasəti, sənaye, kənd təsərrüfatı, turizmin inkişafı üzrə tədbirlər əksini tapıb.

Sənəddə məşğulluq siyasəti, əhalinin sosial müdafiəsi, təhsil, səhiyyə sahəsində islahatlar, ekologiya, mədəniyyət, gender və uşaq, gənclər siyasəti ilə bağlı görüləcək işlər dəqiqləşdirilib.

O cümlədən, dövlət qulluğu, məhkəmə-hüquq islahatları, bələdiyyə və QHT-lərlə bağlı siyasət, digər sahələrə aid konkret tədbirlər də proqramda əks olunub.
XS
SM
MD
LG