Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:31

Heydər Əliyev adından dələduzluq, Naxçıvanın Azərbaycandan təcrid olunması və...


Mətbuat icmalı
Mətbuat icmalı
HEYDƏR ƏLİYEV ADINDAN DƏLƏDUZLUQ

«Yeni Müsavat» qəzeti «Gənc Heydərçilər» İctimai Birliyinin dələduzluq yolu ilə bir kompüter şirkətinə 9800 manat ziyan vurmasından yazır. Qəzet qeyd edir ki, bu barədə Nəsimi rayon Prokurorluğuna şikayət daxil olub. Bu birlik nəinki kompüter şirkətinə, həmçinin bir sıra restoran, dükan və ofislərə maddi ziyan vurub:

«Araşdırmalara başlayan prokurorluq orqanının müstəntiqləri «Gənc Heydərçilər» İctimai Birliyinin «World Business Center»də yerləşən ofisinə gəlsələr də, onları tapa bilməyiblər. Bəlli olub k, «Gənc Heydərçilər» Süleyman Rəhimov küçəsi, 309-cu məhəllədə yerləşən mərkəzə də 5 min manat kirayə haqqı borcludurlar və 15 gündür ofisə gəlmirlər... Zərərçəkənlər bildirir ki, hakim YAP-ın üzvü olub, üstəlik, mərhum prezident Heydər Əliyevin adını daşıyan təşkilatın sədrinin dələduzluqla məşğul olacağını ağıllarına belə gətirməyiblər…».

«HƏRBİ PARAD GÖZLƏNTİLƏRİ DOĞRULTMADI»

«Bizim Yol» qəzeti yazır ki, 26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü il dönümü münasibətilə keçirilən paradda hərbi texnikanın müəyyən hissəsi köhnə olub, boyalanaraq nümayiş etdirilib:

«Son paraddan sonra isə belə fikirlər var ki, paradda nümayiş etdirilən MİQ-29 döyüş təyyarəsindən hətta istehsalçı Rusiyanın özü imtina edib... Azərbaycan Təhlükəsizlik və Müdafiəsi İctimai Assosiasiyasının prezidenti Yaşar Cəfərli deyib ki, əslində, hərbi texnikanın hansısa anda işləməməsinin özündə belə qeyri-adi bir şey yoxdur. Texnikanın qayğısına insan qalmalıdır. Ancaq bizim paradda belə bir hadisə baş vermədi. Əslində, mən paradın ayrı-ayrı epizodlarına, əsgərlərin addımlamasına, əhval-ruhiyyəsinə diqqət yetirməyə çalışdım. Doğrusunu deyim ki, mən paraddan daha artığını gözləyirdim. Haradasa mənim gözləntilərimin 25-30 faizi parada özünü doğrultmadı. Biz hərbi ekspertlər olaraq bunu təhlil edib mövqeyimizi də açıqlayacağıq. Paradda ayrı-ayrı qoşun növləri hissə-hissə addımlayırdılar. Misal üçün, dəniz qüvvələri ilə bağlı gözləntilər özünü az doğrultdu. Hətta orada sıra addımları möhtəşəm görünmürdü. Biz əsgərlərimizin nizamla möhtəşəm addımlamasını görə biləcəyimizə ümid edirdik. Şəxsi heyətin bir hissəsində möhtəşəm addımlama, möhtəşəm döyüş ruhunu hiss etmədim. Mən aha artığını gözləyirdim…».

«PREZİDENT ATA YURDUNDAN XƏBƏRSİZDİR»

- deyə «Azadlıq» qəzeti yazır:

«Naxçıvanda vəziyyətin necə olduğu mətbuatdan cəmiyyətə məlumdur. Muxtar respublikada ən adi hüquqların belə qorunmadığı artıq kimsəyə sirr deyil. Minik maşınlarının alınmasına qoyulan qadağa, həyətyanı təsərrüfatında təndirxanaların, həmçinin çanaq antenalarının yığışdırılması insanların gündəlik həyatına edilən müdaxilənin bir neçəsidir... Lakin bütün bu sadalananlar qulağımızın dibində olsa belə, ona rəsmi səviyyədə diqqət yetirilmir. Sanki muxtar respublika əlahiddə bir ölkə olmaqla Azərbaycandan təcrid olunub. Onun ağrılarını öz ağrısı bilməyən Azərbaycanın rəsmi hökumət adamlarından tutmuş, prezidentə qədər kimsə Naxçıvana dəstək olmaq istəmir. . ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, hər iki respublikada eyni hadisə və problemlər mövcuddur. Həmin hadisələrə eyni cür qiymət verilmir…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG