Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Afinada polis gözyaşardıcı qazla tətilçiləri dağıdır


Yunanıstan polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Polis bildirir ki, nümayişçilər polisə daş və şüşə qablar atıblar, ən azı 4 polis yaralanıb.

Yunanıstan boyu 48 saatlıq tətil gedir.
Tətilçilər parlamentin müzakirə etdiyi ixtisar proqramına etiraz edirlər.
İxtisar proqramı büdcədə 28 milyard avroya qənaət etməlidir. Bununla Yunanıstana 12 milyard avroluq kömək göstəriləcək.

Avropa Birliyinin maliyyə komissarı Olli Rehn deyib ki, bu proqramı Yunanıstanın defoltdan xilas edə biləcək yeganə yoldur.
XS
SM
MD
LG