Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:04
“Çamadanda İnternet” layihəsi İnternetdə açıq mənbədə yerləşdirilib, kim istəsə, onu yükləyə bilər. İndiyəcən onu bir neçə min adam yükləyib.

Bunu “Çamadanda İnternet” layihəsinin rəhbəri Sascha Meinrath Azadlıq Radiosuna müsahibəsində deyir.

Layihəni Amerikanın Dövlət Departamentinin maliyyə dəstəyilə

“New America Foundation” təşkilatının ekspertləri hazırlayıb

Amma Sascha Meinrath bildirir ki, onlar layihənin hansı ölkələrdən yükləndiyindən məlumatsızdırlar.

Bəs, əgər Amerika Dövlət Departamenti layihəni maliyyələşdirirsə, bu o deməkdirmi ki, onu dünyanın harasındasa işə salmaq, kiməsə ötürmək qərarını da departament verəcək?

Sascha Meinrath deyir ki, bu haqda qərarı layihəni hazırlayan təşkilatın özü verəcək. Amma əgər Amerika Dövlət Departamenti layihəni haradasa işə salmaq fikrinə düşsə, onların təşkilatı bu məsələdə departamentlə əməkdaşlıq etməkdən məmnun olardı.

Sascha Meinrath onu da bildirir ki, onlar layihənin öz amacına sadiq qalmasını istəyirlər. Bu isə - İnternetə çıxışı olmayan icmalara kömək etməkdir. Bu işi onlar layihənin işə salınacağı yerdə - icmalarla məsləhətləşmə yolu ilə etmək fikrindədirlər.

Sascha Meinrath-ın sözlərinə görə, “Çamadanda İnterner” təbii fəlakət vaxtı kommunikasiya vasitəsinə ehtiyacı olan bölgələrdə, dünyayla başqa heç bir əlaqə vasitəsi olmayan məkanlarda, yaxud demokratik inqilabların baş verdiyi yerlərdə insanlara lazım ola bilər.

Yəni, öz kompyuterinə “Çamadanda İnterner” proqramını yükləyən hər kəs, normal internet xətləri kəsildikdə belə, başqaları ilə ünsiyyət yarada, beynəlxalq şəbəkəyə qoşula bilirlər.

Sascha Meinrath deyir ki,

Amerikada onlar layihəni işə salmaq istəyən çoxsaylı qruplara treninqlər keçirlər

Bəs Amerikadan kənarda?

- Dünyanın müxtəlif yerlərindən bizə çoxsaylı müraciətlər var. Layihə haqda xəbər
Sascha Meinrath

yayılandan sonra belə müraciətlər tədricən çoxalır. Biz hələ ki xaricdən olan hər hansı qrupla münasibətlərimizi rəsmiləşdirməmişik. Amma təsəvvür edin ki, dünyanın radikal dəyişiklik baş verən bütün yerlərindən bizə müraciətlər var.

“Çamadanda İnternet”i repressiv rejimli ölkələrə necə keçirmək olar? Bu çamadanda notebook, simsiz antenna, CD-lər və s. varsa, yəqin ki sərhəddə diqqəti cəlb edəcək...

Sascha Meinrath-ın buna cavabı odur ki, doğrudan da sərhədi belə avadanlıqlarla keçmək yaxşı ideya deyil:

“Amma digər tərəfdən layihəni xüsusi diqqət cəlb etmədən də əldə etmək olar. Onu telefona, CD-yə, flash card-a, yaxud notebook-a yükləmək olar. Onda gərək repressiv hakimiyyətlər bütün bu avadanlıqların ölkəyə keçirilməsinə mane olmağa başlasınlar. Layihəni İnternetdən də yükləmək olar”.

Bəs “Çamadanda İnternet” layihəsini istifadə edən, yəni özü üçün ayrıca bir şəbəkə yaradan və ona qoşulan şəxslərin izlənib ələ keçməsi asandırmı?

- Əlbəttə, bu səni hər şeydən qoruyan sehrli çubuq deyil,

amma belə texnologiyadan istifadə edənləri izləmək də çətindir. Bu layihənin hazırlanması zamanı hərbi texnologiyalardan istifadə edilib. Yəni əgər şəbəkədə bir neçə nəfər varsa, onlardan hansının şəbəkədə olduğunu müəyyənləşdirmək demək olar ki, mümkün deyil.

Sascha Meinrath deyir ki, hələ ki, texnologiya yenidir və ondan istifadə üçün insanlara treninqlər lazımdır. Amma onun fikrincə, il yarıma layihə geniş kütlələr, hətta yaşlı insanlar tərəfindən də rahat istifadə edilən səviyyəyə çatdırıla bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG