Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

Elçin Behbudov əcnəbi jurnalistləri döyməkdə şübhəli bilinən şəxslərlə görüşüb


Elçin Behbudov

Elçin Behbudov

İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama məntəqəsində ABŞ vətəndaşı Amanda Ericson və Böyük Britaniya vətəndaşı Selvia Devisi döyməkdə şübhəli bilinən şəxslərlə görüşüb.

Komitə sədri bildirib ki. tutulanlar dövlət tərəfindən vəkillə təmin olunublar. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur: «Hadisənin baş verməsinə gəlincə isə onlar mənə bildirdilər ki, həmin vaxt sərxoş olublar. Xarici vətəndaşlar onların üzünə gülüb, bunlar da onlara sataşmaq istəyiblər. Adil Tağızadə mənə bildirdi ki, telefonumu onlara uzatdım onlar da telefonumu yerə çırpdılar. Ona görə xarici vətəndaşı yerə yıxıb, onun da qolu sınıb. Burada siyasi məqsəd olmayıb. Sadəcə, qızlarla tanış olmaq istəyiblər. Özləri də bildirdilər ki, onların hüquq müdafiəçisi və jurnalist olduqlarını bilməyiblər».

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov, Ramana qəsəbə sakini, 1993-cü il təvəllüdlü Tağızadə Adil Hüseyn oğlu, Nəsimi rayon sakini, 1989-cu il təvəllüdlü Roman Musa oğlu HəsənovHüseynov Nazim tutulublar.

İyunun 15-də axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Celia Davies Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG