Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:40

Liviya müxalifəti Qaddafinin həbs sanksiyasını həyata keçirməyə razıdır


Liviya höküməti Beynəlxalq Cinayət Məhkəməsinin Liviya lideri Muammar Qaddafinin həbsinə verdiyi sanksiyanı rədd edib.

Ədliyyə naziri Məhəmməd Əl -Qamudi deyib ki, Beynəlxalq Məhkəmə üçüncü dünya ölkələri liderlərini cəzalandırmaq vasitəsidir.

Bir gün əvvəl Beynəlxalq Cinayət Məhkəməsi insanlıq əleyhinə cinayətlərə görə, Qaddafinin, onun oğlu Seyf Əl-İslamın və Liviyanın kəşfiyyat rəhbəri Abdulla Əl- Senussinin həbsinə sanksiya verdi.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno-Ocampo bu gün Haaqada mətbuat konfransında deyib :


“Liviyanın müvəqqəti Milli Şurası həbs sanksiyasını həyata keçirməyə razılığını bildirib. Ədliyyə naziri Məhəmməd Əl - Alaqi və baş nazir Mahmud Jebril sabah Haaqaya gəlirlər. Onlar öz planlarını açıqlayacaqlar.”

Moreüno-Ocampo onu da deyib ki, BMT-nin Təhlükəsizlik Şurasının 1973-cü il qərarı ilə fəaliyyət göstərən məhkəmənin beynəlxalq qüvvələrdən həbs sanksiaysını həyata keçirməyi xahiş etmək mandatı yoxdur və beynəlxalq məhkəmə Qaddafini həbs etməyi heç kimdən xahiş etməyib.
XS
SM
MD
LG