Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:25

Gürcüstan prokurorluğu eks-nazirə hərbi qrup yaratmaq ittihamı irəli sürdü


Gürcüstan prokurorluğu müxalifət lideri və keçmiş müdafiə naziri İrakli Okruaşvilini hərbi qrup yaratmaqda ittiham edib.
Prokurorluğun məlumatına görə, o, bu hərbi qrupu Gürcüstana uğursuz dönmək cəhdi zamanı yaradıb.

Keçən həftə 8 müxalifətçi Okruaşviliyə kömək üçün may ayında müxalifət yürüşləri zamanı hərbi qrup yaratmaqda ittiham olunmuşdular.

May ayında Okruaşvili son anda Vətənə qayıtmamaq qərarına gəldi.

Okruaşvili 2007-ci ildə Gürcüstanı tərk edib. O hazırda Fransada yaşayır. Okruaşvili korrupsiya ittihamı ilə qiyabi olaraq 11 il həbs cəzası alıb.
XS
SM
MD
LG