Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:25

Əfqanıstanın baş bankiri 500 milyon dollarlıq kredit qalmaqalı ilə bağlı istefa verdi


Əfqanıstanın Mərkəzi Bankının sədri istefa verib və deyib ki, korrupsiya ittihamı ilə bağlı istintaqa görə onun həyatı təhlükədədir.

Abdul Qadir Fitrat bu bəyanatı ABŞ-da səfərdə olarkən verib.
O, hökuməti Kabilbankı iflas həddinə çatdırmaqda ittiham edib.

Müstəntiqlərin dediyinə görə, Əfqanıstanın ən böyük özəl bankı olan Kabilbank Əfqanıstanın ən yüksək vəzifəli şəxslərinə 500 milyona dollara yaxın kredit verib və bu kreditlərin sənədi və təminatı yoxdur.
Borc verilənlər arasında prezident Həmid Karzainin yaxın qohumları da var.

Karzainin sözçüsü bildirib ki, Fitrat öz istefası barədə prezidentə məlumat verməyib və Fitratın özü istintaq altında olanlardan biri idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG