Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:16

Bütün Yunanıstan boyu 48 saatlıq tətil gedir


Bütün Yunanıstan boyu işçilər 48 saatlıq ümumi tətilə başlayıblar.

Tətil parlamentdə büdcə ixtisarı ilə bağlı müzakirələrlə əlaqədar başlanıb.

İki ən böyük həmkarlar ittifaqlarının təşkil etdiyi tətil ictimai nəqliyyatın işini pozub və bəzi yerlərdə tamamilə dayandırıb.

Günün sonuna parlamentin qabağına minlərlə insanın yürüşü planlaşdırılır.

Paytaxt Afinanın küçələrinə 5 min polis çıxarılıb.

Parlament bu günün sonunda 28 milyard avroluq qənaət proqramına səs verməlidir.

Proqram təsdiq olunsa, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana 12 milyard avro kredit verəcək.
XS
SM
MD
LG