Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

2 aprel aksiyası ilə bağlı həbs olunan 6 nəfərin işi məhkəməyə göndərilib


İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyası ilə bağlı haqqında cinayət işi açılmış 14 nəfərdən 6-nın işi iyunun 28-də Səbail rayon Məhkəməsinə göndərilib.

Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib:

«Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif AlışlıElnur İsrafilov barəsində cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib».

Bu cinayət işi üzrə təqsirləndirilən digər 8 nəfərlə bağlı materiallar isə başqa icraata verilib. Həmin iş üzrə istintaq tədbirləri davam etdirilir.

Müdafiə tərəfi isə ittihamları saxta adlandırır. İşi məhkəməyə göndərilənlərdən biri - Elnur İsrafilovun vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, o, cinayət işinin məhkəmə perspektivinə inanmır:

«İttihamlar saxtadır və heç bir dəlil yoxdur. Məhkəmə ədalətli olsa, onlar bəraət almalıdır».

Aprelin 2-də müxalifətin keçirdiyi etiraz aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG