Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

Çinin baş naziri Almaniyada səfərdədir


Çinin baş naziri Wen Jiabao Avropaya səfəri çərçivəsində Almaniyaya gedib.

Wen və 13 nazir Britaniyada 2 milyard dollar dəyərində razılaşmanın ardınca daha çox biznes müqavilələr bağlamaq niyyətindədirlər. Məlumata görə, Çin Airbus-a 60-dan artıq təyyarə sifariş vermək istəyir.

Almaniyanın Daimler və Volkswagen avtomobil istehsalçıları isə Çində daha çox zavod tikmək niyyətindədirlər.

Almaniya kansleri Angela Merkelin Çinin baş naziri ilə bu günkü görüşündə Çinə insan haqlarına hörmət etməsi üçün təzyiqlər edəcəyi də gözlənilir.
XS
SM
MD
LG