Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21

Əfqanıstanın Mərkəzi Bankının rəhbəri istefa verib


Əfqanıstanın Mərkəzi Bankının rəhbəri istefa verib və bildirib ki, korrupsiya araşdırması ilə bağlı həyatına təhlükə var.

Abdul Qadir Fitrat bu açıqlamanı dünən ABŞ-da səfərdə olarkən verib. O, hökuməti Əfqanıstanın ən böyük özəl bankı - Kabil bankının ötən il az qala çökməsi ilə nəticələnən korrupsiya qalmaqalını araşdırmamaqda günahlandırıb.

Məlumata görə, bank yarım milyard dollar pulu heç bir sənədləşdirmə aparmadan əfqan rəsmilərinə, o cümlədən prezident Həmid Kərzayinin qohumlarına verib.

Kərzayinin sösçüsü bildirib ki, Mərkəzi Bankın rəhbəri istefası ilə bağlı hökuməti məlumatlandırmayıb, bununla belə, Abdul Qadir Fitratin özünün istintaq altında olduğunu deyib.

Kabil Bankında korrupsiya qalmaqalı gələcəkdə Əfqanıstanın Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənməsini təhlükə altında qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG