Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:18

Bakıda ev alan Suriya vətəndaşları, ölkədə narkomanların sayı və...


Mətbuat icmalı
Mətbuat icmalı
«AZƏRBAYCAN XƏZƏRDƏ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏ BİLƏRMİ?» başlıqlı yazı «Azadlıq» qəzetində çıxıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər qəzetə deyib ki, Xəzərdə Azərbaycanın təhlükəsizliyinin qorunması mövzusu uzun müddətdir istər Azərbaycan-ABŞ əlaqələrində, istərsə də NATO müstəvisində müzakirə olunur.

Başqa bir ekspert Cəsur Sümərinli isə bildirib ki, ABŞ 2006-cı ildən başlayaraq Xəzərin təhlükəsizlik proqramı çərçivəsində Azərbaycana bir neçə keşikçi gəmi verib. Dörd gəminin isə modernləşdirilməsini həyata keçirib. Məhz bu dəstəyin nəticəsidir ki, Xəzərin müşahidəsinə görə Azərbaycan digər Xəzəryanı ölkələrdən fərqli və güclü mövqedədir.

«BAKIDA EV ALAN SURİYA VƏTƏNDAŞLARININ SAYI ARTIR» başlıqlı məqalə «Yeni Müsavat» qəzetinin 28 iyun sayında çıxıb.

Qəzet yazır ki, son vaxtlar mənzil alanların sayı kəskin azalıb. Ev alqı-satqısı ilə məşğul olanların dediyinə görə, Bakıda başqa ölkələrdən olan adamların ev almağa isə marağı artıb:

«Son vaxtlar mənzil alanlar arasında İran və Suriya vətəndaşlarına da tez-tez rast gəlinir. Özü də onların sayı artır. Bu da yəqin ki, ərəb ölkələrində baş verən çaxnaşmalarla bağlıdır. Ancaq bununla belə, xaricdən gəlib Bakıda ev alanlar arasında əvvəlki kimi Rusiyada yaşayan azərbaycanlılar üstünlük təşkil edir…».

AZƏRBAYCANDA NARKOTİK İSTİFADƏÇİLƏRİNİN SAYI 25489 NƏFƏRDİR. Bunu «Bizim yol» qəzetinə Azərbaycan Narkoloji Dispanserinin şöbə müdiri Afət Məmmədova deyib. Şöbə müdiri statistikadan kənarda qalan şəxslərin olduğunu da etiraf edib. O, qanunvericiliyə əsasən, narkotik istifadəçisinin yalnız könüllü şəkildə müalicəyə cəlb olunduğunu deyir. Şöbə müdiri dispanserdə müalicədən sonra təkrar narkotik asılılığını bərpa edən şəxslərin çox olduğunu da bildirib:

«Xəstəliyin təkrar yaranması ehtimalı çoxdur. Bunun statistikası aparılmır. Təkrar narkotik qəbul eləyənlər çox olur».

Həkimlər dispanseri tərk edən şəxslərin həyatı ilə maraqlanmır. A. Məmmədova bunu həmin şəxslərin cəmiyyətdən kənarda qalmaq istəyi ilə bağlayır.

A. Məmmədova dispanserə 18-40 yaş qrupunda olan şəxslərin müraciət etdiyini açıqlayır. Heroin və tiryəkdən daha çox istifadə olunur:

«Narkomaniya cavanlaşmış xəstəlikdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG