Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Liviya hökuməti Haaqa Məhkəməsinin qərarını pisləyib


Liviya hökuməti Haaqa Məhkəməsinin Muammar Qaddafi və onun yaxın adamlarının həbsinə order verilməsi qərarını pisləyib.

Ədliyyə naziri al-Qamoodi Beynəlxalq Cinayət Məhkəməsinin qərarını “qərb dünyasının üçüncü dünya liderlərini təqib etmək vasitəsi” adlandırıb.

Haaqa Məhkəməsinin dünənki qərarına görə, Muammar Qaddafi, oğlu Seif al-Islam Qaddafi və kəşfiyyat rəhbəri Abdullah al-Senussi etirazçılara divan tutumaq ittihamı ilə həbs edilib məhkəməyə çıxarılmalıdır.

Liviyada bu ilin fevralından etirazlar başlayandan Qaddafi rejiminin minlərlə adamı öldürdüyü bildirilir.
XS
SM
MD
LG