Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:47

Yunanıstanda tətildir


Yunanıstanda iki günlük ümumxalq tətili başlayıb. 16 faizdən artıq işsizlik səviyyəsi yaranan ölkənin vətəndaşlar hökumətin daha sərt qənaət tədbirlərinə qarşı çıxırlar.

Yunanıstan parlamenti iyunun 29-da hökumətin yeni tədbirlər paketini müzakirəyə çıxaracaq. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi bəyan edib ki, əgər Yunanıstan 110 milyard avroluq yardım paketinin növbəti hissəsini almaq istəyirsə, vergiləri bir qədər də artırmalı və xərcləri azaltmalıdır.

Bu günkü tətilə həkimlər, təcili yardım maşınının sürücüləri, jurnalistlər, dövlətin maliyyələşdirdiyi teatrın aktyorları da qoşulub. 5 minə yaxın polisin Afina küçələrinə yerləşdiriləcəyi bildirilib.
XS
SM
MD
LG