Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:41

Fələstin prezidenti Azərbaycana gəlir


İyunun 28-də Fələstin prezidenti Mahmud Abbas Azərbaycana səfər edəcək.

İki gün davam edəcək səfər zamanı Fələstin lideri Azərbaycan prezidenti İlham Əliyev və digər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq.

Mahmud Abbasın Bakıya səfəri prezident İlham Əliyevin dəvəti əsasında həyata keçirilir.

Danışıqlar zamanı ikitərəfli əlaqələrin inkişafı yolları, Yaxın Şərqdə mövcud durum və maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
XS
SM
MD
LG