Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20
ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünündə baza prinsiplərinin razılaşdırılmamasından məyus olub. ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland iyunun 27-də Vaşinqtonda keçidiryi mətbuat konfransında Kazan görüşünü belə qiymətləndirib.

O deyib:

“Azərbaycan və Ermənistan prezidentləri Kazan görüşündə baza prinsipləri üzərində razılığa gələ bilmədilər. Amma Rusiya prezidentiylə verdikləri birgə bəyanatda hər ikisi bildirib ki, bır sıra məsələr üzrə qarşılıqlı anlaşma var, baza prinsipləri üzərində işi davam etdirmək və gələcəkdə təkrar görüşmək barədə razılaşıblar. Amma mən deyərdim ki, bu nəticə məyusedicidir”.

Azərbaycan və Ermənistan prezidentləri iyunun 24-də Kazanda Rusiya prezidentinin vasitəçiliyi ilə görüşmüşdülər. Görüşdən öncə həm Qarabağ danışıqlarında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də ABŞ prezidenti Barack Obama tərəfləri baza prinsipləri üzrə saziş imzalamağa çağırmışdı. Amma bu görüş həmin sənəd imzalanmadan başa çatmışdı.

HƏMÇİNİN OXUYUN:
Prezidentlər Kazanda bəzi razılaşma əldə etsələr də sənəd imzalaya bilməyiblər
Elmar Məmmədyarov erməni həmkarına cavab verdi
ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
lham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG