Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

100 min nəfər məktəblərdə hicab qadağasının birdəfəlik həll olunmasını istəyəcək


Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) “Azərbaycan Respublikasının prezidentinə yüzminlik müraciət” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində azı 100 min vətəndaşın imzasını toplayaraq, Azərbaycanın dövlət başçısına hicab probleminin həlli üçün müraciət etmək nəzərdə tutulur.

DEVAMM-ın bəyanatına görə, 7 aydan artıqdır ki, orta məktəblərdə hicab qadağası tətbiq edilir. Və bu qadağa yüzminlərlə inanclı insanı mənəvi iztiraba məruz qoyan bir səciyyə daşıyır:

“Hicab qadağası cəmiyyət daxilində vəhdətə mənfi təsir göstərir, ölkənin inkişafı üçün zəruri olan daxili bağlantıların zəifləməsinə gətirib çıxarır”.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu kampaniyanın bölüşdürücü yox, birləşdirici missiya daşıdığını deyir. Onun fikrincə, Azərbaycanda belə bir problemin qalması heç kəsə xeyir gətirmir:

“Niyyətimiz odur ki, xoşməramlı təşəbbüslə dini etiqadla bağlı yaşanan problemlərin birdəfəlik çözməsinə nail olaq”.

Kampaniyada dünyagörüşündən, siyasi mənsubiyyətindən, etiqadından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin təmsilçilərinin iştirakı nəzərdə tutulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG