Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:02

Rus bölməsində oxumuş 1000-dək abituriyent ali məktəblərə qəbul imtahanına buraxılmayacaq


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 26-da Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün «Azərbaycan dili» fənnindən imtahan keçirib.

İmtahanda 2 minə yaxın abituriyent iştirak edib.

İyunun 27-də imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlərdən 1000-ə yaxını tələb olunan müsabiqə şərtini ödəyərək «məqbul» qiyməti alıb.

Komissiyadan deyilir ki, Azərbaycan dili imtahanından «məqbul» qiyməti almayan rus bölməsinin abituriyentləri bu il ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarına buraxılmayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG