Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:37

2 aprel aksiyası ilə əlaqədar həbs olunanlardan 6 nəfər barəsində istintaq yekunlaşıb


İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar təqsirləndirilən bir qrup şəxs barəsində istintaq yekunlaşıb.

Bu haqda «APA»ya açıqlamasında Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev məlumat verib. O, qeyd edib ki, iş üzrə təqsirləndirilənlərdən 6 nəfər barəsində cinayət işinin istintaqı tamamlanıb. Onlar Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif AlışlıElnur İsrafilovdur.

İş baxılması üçün iki günə məhkəməyə göndəriləcək.

Digər 8 nəfərlə bağlı materiallar başqa icraata verilib və həmin iş üzrə istintaq tədbirləri davam edir.

Aprelin 2-də baş vermiş hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG