Bu gün Haaqadakı Beynəlxalq Məhkəmə Liviya lideri Muammar Qaddafi və onun ətrafındakıların həbsi ilə bağlı order verilməsi haqqında qərar çıxarmalıdır.
Beynəlxalq Məhkəmənin baş prokuroru Luis Moreno-Okampo bundan əvvəl bildirmişdi ki, istintaqın Qaddafi, onun oğlu Seyf al-İslam və Liviya kəşfiyyatının rəhbəri Abdulla as-Senussinin insanlıq əleyhinə cinayət törətməsi ilə bağlı kifayət qədər sübutları var.
Liviya hökumətinin nümayəndəsi İbrahim Mussa bildirib ki, ölkədə silahlı münaqişəyə baxmayaraq Qaddafi “Liviya xalqının tarixi seçimidir” və hakimiyyətdən gedə bilməz.