Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:21

Mərakeşdə mitinq keçirilib


Bazar günü Mərakeşin bir neçə şəhərində Konstitusiya islahatları ilə bağlı kral 6-cı Məhəmmədin təkliflərinin tərəfdarları və əleyhdarlarının mitinqi keçirilib.

“20 fevral” müxalifət hərəkatının fəalları kralın təklif etdiyi islahatları yetərli saymır.

Kral iyunun 17-də bildirmişdi ki, o öz səlahiyyətlərinin yarısını parlamentə verəcək. Ancaq ordu, dini və təhlükəsizlik xidməti üzərində səlahiyyətlərini saxlayacaq.

İyulun 1-də Mərakeşdə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək.
XS
SM
MD
LG