Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:44

Bakıda əcnəbiləri döyməkdə şübhəli bilinən sonuncu şəxs də həbs edilib


Arxiv foto
Arxiv foto
ABŞ vətəndaşı Amanda Erikson (Amanda Erickson) və Böyük Britaniya vətəndaşı Silviya Devisi (Celia Davies) döyməkdə şübhəli bilinən sonuncu şəxs həbs edilib. Bu, Babək rayon sakini Nazim Hüseynovdur.

Bu barədə «APA»ya Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib.

DAHA 1 NƏFƏR HƏBS OLUNUB

Azərbaycanda amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçisini döyməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib.

Bu barədə «APA»ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanovdur.

2 NƏFƏR SAXLANIB

Bakıda amerikalı jurnalist Amanda Erikson və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Celia Daviesi döyməkdə ittiham olunan 2 gənc oğlan yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söhbət 19 yaşlı Ramana qəsəbəsi və 22 yaşlı Bakının Nərimanov rayon sakinlərindən gedir.

Xəbərdə qeyd olunur ki, gənclər DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyatlar nəticəsində saxlanılıb.

Hadisədə iştirakı ehtimal olunan daha 2 şəxsin həbs olunması üçün əməliyyatlar davam etdirilir. DİN açıqlamasında, həmin şəxslərin adlarının istintaqa məlum olduğu da bildirilir.

Daxili İşlər Nazirliyi iyunun 15-dən 16-a keçən gecə Bakıda döyülən amerikalı jurnalist Amanda Erikson (Amanda Erickson) və britaniyalı hüquq müdafiəçi Seliya Devis (Celia Davies) haqda məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, əcnəbilərin döyülməsi ilə əlaqədar Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

«BÜTÜN SUALLAR AZƏRBAYCAN POLİSİNƏ VERİLMƏLİDİR»

Hadisə ilə bağlı ABŞ səfirliyi məlumat yaymışdı. Məlumatda qeyd edilirdi ki, səfirlik cinayətdən xəbərdardır və hücuma məruz qalanlara yardım edirlər:

«Zərərçəkənlər polisə məlumat veriblər, təhqiqat barədə bütün suallar Azərbaycan polisinə verilməlidir».

Amanda Eriksonun özü isə AzadlıqRadiosuna deyib:

«Mən hər hansı bəyanat vermək istəmirəm. Məncə, bizim hücuma məruz qalmağımız üçün hər hansı motiv olmayıb».

A. EriksonS. Devis yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirlər.

A. Erikson həmçinin, «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir.
XS
SM
MD
LG