Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27

Liviya müxalifəti Qaddafidən təklif gözləyir


NATO komandanlığı Liviyanın şərqindəki Breqa şəhərinin bombalanması nəticəsində dinc sakinlərin ölümüylə bağlı ittihamı rədd edib.

Alyansın nümayəndəsi bildirib ki, əməliyyat zamanı yalnız hərbi obyektlərə zərbələr endirilib.

Liviya hakimiyyəti bundan əvvəl şəhərin bombalanması nəticəsində 15 dinc sakinin öldüyünü xəbər vermişdi.

Qərb agentliklərinin məlumatına görə, müxalifətin yaratdığı ötəri milli şuranın yüksək səlahiyyətli nümayəndəsi şənbə günü bildirib ki, üsyançılar yaxın vaxtlarda Muammar Qaddafidən sülh təklifi gözləyir və onu diqqətlə nəzərdən keçirmək fikrindədirlər.

Üsyançılar bildiriblər ki, əgər Qaddafi hakimiyyətdən getsə onun ölkədən çıxmasını təkid etməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG