Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:57

Azərbaycanla İran arasında avtomobil körpüsü açılıb


Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri ilə İranın eyni adlı şəhərini birləşdirən sərhəd buraxılış məntəqəsi həftənin cümə günü istifadəyə verilib. Açılış mərasimində Azərbaycanın Respublikasının baş naziri Artur Rasizadə, Naxçıvan Muxtar Respubkliası Ali Məclisinin sədri Vasif Talıbov və İranın birinci vitse-prezidenti Muhammedrza Rahimi iştirak edib.

Artur Rasizadə bildirib ki, Azərbaycan İranla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir: «İran rəhbərliyi Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyib və bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub».

AnsPress-in məlumatına görə, görüş zamanı İranın vitse-prezidenti M. Rahimi baş nazir Artur Rasizadəni İrana dəvət edib.

Xatırladaq ki, Azərbaycan və İranı birləşdirən avtomobil körpüsü 2007-ci ilin avqust ayında iki ölkənin imzaladığı hökumətlərarası memoranduma uyğun olaraq tikilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG