Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:44

Pakistanda 10 polis öldürülüb


Taliban Pakistanda 10 polis zabitinin ölümüylə nəticələnmiş hücuma görə cavabdehliyi üzərinə götürüb.

Ər-arvad olan intiharçılar şənbə günü Dera İsmail Khan şəhərinin yaxınlığındakı polis məntəqəsinə hücum ediblər.

Associated Press agentliyinin məlumatına görə onlar əvvəlcə polis məntəqəsinə qumbara atıb, sonra avtomat silahlardan atəş açıb, sonda isə özlərini partladıblar.

Talibanın sözçüsü bildirib ki, bu hücumda intiharçı qadının iştirakı ölkə rəhbərliyinə olan dərin nifrəti göstərir.
XS
SM
MD
LG