Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Prezident hərbi qulluqçuların maaşlarını artırdı


Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

İyunun 25-də imzalanan sərəncama əsasən, Nazirliyin hərbi qulluqçularının maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları orta hesabla 10 faiz artırılır.

Sərəncam 2011-ci il iyulun 1-dən qüvvəyə minir.
XS
SM
MD
LG