Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:51

Əfqanıstanda törədilmiş partlayışda 10 adam ölüb


Əfqanıstanın şimalındakı Xan Abad rayonunda törədilmiş partlayışda 10 adam ölüb, 24 nəfərsə yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, dondurma mağazasının ətrafında saxlanmış velosipedə partlayıcı qoyulubmuş.

Ölənlərdən biri polisdir.

BMT-nin məlumatına görə, bu il Əfqanıstanda törədilmiş hücum və partlayışlarda 2800-dək adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG